Burak Yılmaz “Lill”lə razılaşdıbackend

“Beşiktaş”ın kapitanı Burak Yılmazın karyerasını Fransada davam etdirəcəyi dəqiqləşib.

Sportfan.az xəbər verir ki, 35 yaşlı forvard “Lill” klubu ilə anlaşma əldə edib.

İstanbula yollanan Fransa klubunun tibbi heyəti tərəfindən müayinədən keçən futbolçu yeni komandası ilə 2 illik müqavilə bağlayacaq. Burak artıq “Beşiktaş”la vidalaşıb.

Qeyd edək ki, Burak Yılmaz “Beşiktaş”a 2018-ci ildə “Trabzonspor”dan keçib.