Bütün oyunçularım”Qızıl top”a layiqdir-Zidanbackend

“Real”ın baş məşqçisi Zinəddin Zidan futbolçularını tərifləyib.

Sportfan.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, komandanın oyunçularının hamısının “Qızıl top”a layiq olduğunu deyib: “Mənim üçün oyunçularım ən yaxşıdır. Kərim Benzema nəinki bu il, uzun illər uğur qazanıb. Yalnız bir nəfər “Qızıl top”u qazanacaq və hər kəs bu barədə fikir söyləyə bilər. Amma mənim üçün bütün oyunçularım buna layiqdir”.

Qeyd edək ki, “Real” hazırda La Liqada 83 xalla liderdir