Cahangir Həsənzadə “Sabail”dən getdibackend

Bernhard Lippertin gedişindən sonra müvəqqəti olaraq AFFA-da Texniki direktor vəzifəsinə təyin olunan Cahangir Həsənzadə “Sabail”in Müşahidə Şurasının üzvlüyündən çıxmaq üçün kluba müraciət edib.

Sportfan.az xəbər verir ki, bu barədə klubun Mətbuat xidmətinin rəhbəri Törə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar tərəflər arasında şifahi danışıq olub. Mətbuat katibi müraciətə yaxın vaxtlarda baxılaraq, müvafiq qərarın qəbul ediləcəyini söyləyib. T.Əhmədova bu müraciətin Həsənzadənin Texniki direktor vəzifəsinə müvəqqəti təyinatı ilə bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, C.Həsənzadə 2017-ci ilin yayından “Səbail”in Müşahid Şurasının üzvüdür. (Report.az)