Camal Lüis “Nyukasl”dabackend

İngiltərənin “Nyukasl” klubu yeni futbolçu alacaq.

Sportfan.az xəbər verir ki, Premyer Liqa təmsilçisi müdafiə xəttini Camal Lüislə gücləndirəcək.

Futbolçunun müqavilə ilə məxsus olduğu “Norviç” oyunçunu satmağa razılıq verib. “Nyukasl” 22 yaşlı futbolçu üçün 13,5 milyon funt-sterlinq ödəyəcək. Tərəflərin razılığa gəldiyi transfer yaxın günlərdə gerçəkləşəcək.

Qeyd edək ki, müdafiəçi 2019/20 mövsümündə 33 oyuna 1 qol vurub.