Canni De Byazi Bakıya gəldi – “Sabah” və “Qəbələ” matçını izləyəcəkbackend

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.

Sportfan.az AFFA-nın saytına istinadən məlumat verir ki, italiyalı mütəxəssis bu gün “Əlincə Arena”da keçiriləcək “Sabah” –  “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.

Canni De Byazi COVİD-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.

Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.