CAS-ın qərarlarında isə şəffaflıq yoxdur- La Liqa prezidentibackend

“Mançester Siti” növbəti mövsüm də Çempionlar Liqasında doğru hərəkət etdiyi üçün yox, İdman Arbitraj Məhkəməsi (CAS) səhv olduğu üçün mübarizə aparacaq”.

Sportfan.az xəbər verir ki, bu fikirləri La Liqa prezidenti Xavyer Tebas ESPN-ə açıqlamasında deyib.

CAS-ı sərt şəkildə tənqid edən funksioner cəzanın ləğvinin doğru qərar olmadığını bildirib: “Mançester Siti” sənədləri saxlayıb? Mümkünsə, son qərarı oxumaq istəyirəm. PSJ haqqındakı son qərarı da oxuya bilmədik. Qərarı oxuya bildiyim gün Xosep Qvardiolaya inandığımı söyləyəcəyəm”.

La Liqanın rəhbəri CAS-ın qərarlarının şübhəli olduğunu və “Mançester Siti” klubunun nələr etməsinin hamıya bəlli olduğunu vurğulayıb: “Futbolun içindəki hər kəs klubun nə etdiyini bilir. CAS-ın qərarlarında isə şəffaflıq yoxdur”.

Qeyd edək ki, CAS UEFA-nın “Mançester Siti”ni avrokuboklardan 2 il müddətinə kənarlaşdırılması ilə bağlı verdiyi qərarı ləğv edib.