“Çaves”lə vidalaşdı- “Qarabağ”ın yeni transferibackend

Portuqaliyanın “Çaves” klubu “Qarabağ”a transfer olunan Kevin Medina ilə vidalaşıb.

Sportfan.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə kolumbiyalı müdafiəçiyə bundan sonrakı karyerasında uğurlar arzulayıb.

Portuqaliyalılar Azərbaycan çempionu ilə 3 illik müqavilə bağlayan 27 yaşlı oyunçudan uğurlu çıxışının davamını gözlədiyini bildirib: “Medina ötən həftənin cümə günü Azərbaycana səfər etdi, orada tibbi müayinədən keçdi və müqavilə bağladı. Medina artıq yeni komandasındadır. Ona karyerasının yeni mərhələsində ən böyük şəxsi və kollektiv uğurlar diləyirik”.

Kevina özü də instaqram səhifəsi vasitəsilə “Çaves” rəhbərliyinə, məşqçilərinə və futbolçu heyətinə təşəkkürünü bildirib.