Cavid Hüseynov “Qəbələ”dəbackend

“Zirə” ilə yollarını ayıran futbolçu Cavid Hüseynovun yeni klubu müəyyənləşib.

Sportfan.az xəbər verir ki bu barədə 31 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, sabiq komandası “Qəbələ”yə qayıtdığını bildirib.

Hüseynov əyalət təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Cavid Hüseynov 2016 – 2019-cu illərdə “Qəbələ”nin formasını geyinib. Yarımmüdafiəçi 2019/2020 mövsümünün əvvəlində “Zirə”yə keçmişdi.