“Çelsi”də ciddi itki- 1 aylıq sıradan çıxdıbackend

Futbol üzrə İngiltərə kubokunun finalında “Arsenal”la oyunda (1:2) zədələnən “Çelsi”nin hücumçusu Pedro Rodriqesin vəziyyəti müəyyənləşib.

SPORTFAN.AZ xəbər verir ki, çiynindən zədələnən ispan oyunçu əməliyyat olunub.

33 yaşlı futbolçunun azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

London klubu ilə müqaviləsi bu ayın sonunda başa çatacaq Pedronun “Roma”ya keçəcəyi gözlənilir.