“Çelsi”nin futbolçusu – “Yuventus”dabackend

“Çelsi”nin futbolçusu Sem Aylinq İtaliyaya köçüb.

Sportfan.az xəbər verir ki, 16 yaşlı vinger “Yuventus”la anlaşıb.

İngiltərənin U-17 millisinin üzvü Turin təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Aylinqin “Çelsi” ilə müqavilə müddəti başa çatdığından, onun keçidi italyanlara havayı başa gəlib. Hücumameyilli oyunçu bir müddət akademiyada oynayacaq.

Qeyd edək ki, Sem Aylinq London klubunun U-19 komandasında çıxış edirdi.