Çempionlar Liqası: I təsnifat mərhələsi başlayır – YENİLƏNİRbackend

Çempionlar Liqasında (ÇL) 2020/21 mövsümünün I təsnifat mərhələsinə start verilir.

SPORTFAN.AZ xəbər verir ki, bu gün ilk oyunlar keçiriləcək.

Açılış matçı Bakıda – “Qarabağ”la “Sileks” arasında baş tutacaq mərhələnin ilk günündə ümumilikdə 5 cütlük qalibi müəyyənləşdirəcək. Oyunlardan sonra növbəti mərhələyə yüksələcək komandalar bəlli olacaq.

Təsnifat mərhələləri bir görüşdən ibarət olduğundan, qaliblər II mərhələyə yüksələcək. Məğlub komandalar isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
18 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya)
21:00. “Legiya” (Polşa) – “Linfild” (Şimali İrlandiya)
22:00. “Dinamo” (Brest, Belarus) – “Astana” (Qazaxıstan)
22:45. “Seltik” (Şotlandiya) – “Reykyavik” (İslandiya)
23:00. “Srvena Zvezda” (Serbiya) – “Europa” (Cəbəllütariq)