Çempionlar Liqasına gedənlər bilindi- İspaniyadabackend

İspaniya La Liqasında XXXVI turun daha iki oyunu keçirilib.

Sportfan.az saytının məlumatına görə, “Vilyarreal” öz meydanında “Real Sosyedad”ı qəbul edib.

Komanda gözlənilmədən doğma arenasında rəqibinə məğlub olub. “Xetafe” isə səfərdə “Alaves”in müqavimətini qıra bilməyib.

Bu nəticələrdən sonra “Real” və “Barselona”nın ardından “Atletiko” ilə “Sevilya” ilk “dördlük”dəki yerini və Çempionlar Liqasına vəsiqəni təmin edib