Çempionlar Liqasına vəsiqə qazanmalıdırlar- Havertsin şərtibackend

Almaniyanın “Bayer” klubunun futbolçusu Kay Havertsin İngiltərə “Çelsi”sinə keçidi baş tutmaya bilər.

Sportfan.az xəbər verir ki, buna səbəb futbolçunun iddialarıdır.

Məsələ ondadır ki, Kay üçün Çempionlar Liqasında oynamaq daha prioritetdir. O, “Çelsi”yə o halda keçəcək ki, komanda qitənin nüfuzlu klub turnirinə vəsiqə qazansın.

Haverts Çempionlar Liqasında oynamayacaq kluba keçmək fikrindən uzaqdır. Düzdür, hazırda London klubu Premyer Liqanın turnir cədvəlində 3-cü sırada yer alıb. Lakin “zadəganlar” “Lester”i 1, “Mançester Yunayted”i 2 xal qabaqlayır.

Qeyd edək ki, “Çelsi” son matçında “Şeffild Yunayted”ə 0:3 hesabı ilə uduzub