Çempionlar Liqasında həftənin qoluna namizədləri açıqlayıb-UEFAbackend

UEFA Çempionlar Liqasında həftənin qoluna namizədləri açıqlayıb.

Sportfan.az xəbər verir ki, ən gözəl qolun sahibi adı uğrunda 4 futbolçu mübarizə aparacaq. Bunlar İspaniya “Barselona”sından Luis Suares, Almaniya “Bavariya”sından Coşua Kimmix, Fransa PSJ-sindən Erik-Maksim Şupo-Motinq və “Lion”dan “Maksvel Kornedir.

Daha əvvəl 1/4 finalda “Bavariya” “Barselona”ya 8:2, “Lion” İngiltərənin “Mançester Siti” komandasına 3:1 hesabı ilə qalib gəlib. PSJ İtaliya “Atalanta”sını, Almaniya “Leyptsiq”i isə İspaniya “Atletiko”sunu eyni hesabla yenib – 2:1.

Yarımfinalda “Leyptsiq” – PSJ və “Lion” – “Bavariya” görüşləri keçiriləcək.