Çempionlar Liqasında  ilkin mərhələnin püşkü atıldıbackend

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ilkin mərhələsinin püşkü atılıb.

Sportfan.az xəbər verir ki, püşkatmada UEFA reytinqində ən aşağı pillələrdə olan 4 ölkənin – Şimali İrlandiya, Kosovo, Andorra və San Marinonun çempionları iştirak edib.

San Marino çempionu – Şimali İrlandiya çempionu 

Kosova çempionu – Andorra çempionu 

Avrokuboklar üçün klubların yekun siyahısı avqustun 3-də təsdiqlənəcək. Bu səbəbdən, püşkatmada ölkələrin adları yer alıb.

Qeyd edək ki, ilkin mərhələnin yarımfinal matçları avqustun 8-də, final isə 3 gün sonra neytral meydanda olacaq. Turnirin qalibi 18-19 avqustda keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanacaq.