u gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Sportfan.az xəbər verir ki, son oyun günündə 5 matç keçirilib.
Turnirdəki təmsilçimiz “Qarabağ” neytral meydanda – Kiprdə Norveç “Molde”si ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Lakin Norveç təmsilçisi penaltilər seriyasında üstün olaraq, pley-off mərhələsinə vəsiqə əldə edib- 5:6.
Kiprdə keçirilən digər oyunda yerli “Omoniya” Serbiyanın “Srvena Zvezda” klubunu qəbul edib. Komandalar matçın əsas vaxtında hərəyə 1 dəfə fərqləniblər. Qalib penaltilər seriyasında müəyyənləşib və “Omoniya” növbəti mərhələyə vəsiqəni təmin edib- 4:2.
Macarıstan təmsilçisi “Ferentsvaroş” öz meydanında Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə qarşılaşıb. Görüşdən 2:1 hesabı ilə qalib ayrılan “Ferentsvaroş” pley-offda “Molde” üz-üzə gələcək.
Digər oyunlarda isə “Makkabi” (Təl-Əviv, İsrail) “Dinamo”dan (Brest, Belarus), “Midtüllann” (Danimarka) “Yanq Boyz”dan (İsveçrə) üstün olub.
Qeyd edək ki, qalib gələn komandalar Çempionlar Liqasının pley-offuna yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsində iştiraklarını təmin ediblər.
16 sentyabr
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
19:00. “Omoniya” (Kipr) – “Srvena Zvezda” (Serbiya) 1:1
(penaltilərlə 4:2)
Qollar: Lüftner, 31 – İvaniç, 45+1
21:00. “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) 2:1
Qollar: Lovrençiç, 2, Uzuni, 65 – Qoyak, 23
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Dinamo” (Brest, Belarus) 1:0
Qollar: Biton, 50 (pen.)
21:00. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) 0:0 (penaltilərlə 5:6)
22:30. “Midtüllann” (Danimarka) – “Yanq Boyz” (İsveçrə) 3:0
Qollar: Lefort, 51, Dreyer, 62, Mabil, 84
Xatırladaq ki, artıq “Dinamo” (Kiyev, Ukrayna), PAOK (Yunanıstan) və “Gent” (Belçika) Çempionlar Liqasının pley-off mərhələsinə yüksəliblər.