Çempionlar Liqasının oyunlarını almanlar idarə edəcəkbackend

Çempionlar Liqasında 1/8 final mərhələsinin “Mançester Siti” – “Real” və “Yuventus” – “Lion” cavab matçlarına hakim təyinatları açıqlanıb.

Sportfan.az  UEFA-nın mətbuat xidmətina istinadən xəbər verir ki, İngiltərədə keçiriləcək “Mançester Siti” – “Real” oyunu Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Feliks Brix olacaq. Ona Mark Borş və Ştefan Lupp kömək edəcək. Dördüncü hakim funksiyasını isə Daniel Eybert yerinə yetirəcək.

İtaliyada keçiriləcək “Yuventus” – “Lion” matçını da almanlar idarə edəcək. Qarşılaşmanın baş hakimi Feliks Zvayer olacaq. Ona Torsten Şiffner və Marko Axmyuller kömək edəcək. Yunan Tasos Sidiropulos isə dördüncü hakim funskiyasını yerinə yetirəcək.

Qeyd edək ki, hər iki görüş avqustun 7-də keçiriləcək.  “Mançester Siti” ilk oyunda “Real”ı (2:1), “Lion” isə “Yuventus”u (1:0) məğlub edib.