Çempionlar Liqasının oyunlarını Qətər təşkil edəcəkbackend

Qətər Futbol Assosiassiya Qərb bölgəsi üzrə Asiya Çempionlar Liqasının oyunlarına ev sahibliyi edəcək.

Sportfan.az Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən xəbər verir ki, 14 sentyabr  – 3 oktyabr tarixlərində, qrup mərhələsindən yarımfinala qədər bütün matçlar Qətərdə baş tutacaq.

Şərq Bölgəsində keçiriləcək oyunlar üçün müraciətlər iyulun 24-də başa çatacaq.

Qeyd edək ki, AFC koronavirus pandemiyasına baxmayaraq, 2020-ci il klub yarışını bitirmək niyyətində olduğunu təsdiqləyib.