Çempionlar Liqasının oyunu neytral meydanda baş tutacaqbackend

Sloveniyanın “Tselye” və İrlandiyanın “Dandolk” komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin matçı başqa ölkədə keçiriləcək.

Sportfan.az xəbər verir ki, buna Sloveniyada koronavirus pandemiyasına görə 14 günlük karantin rejiminin tətbiq edilməsi səbəb olub. “Dandolk”un futbolçuları və klub üzvləri Sloveniyaya gedəcəkləri təqdirdə karantinə alınacaqdı.

Püşkün nəticəsinə əsasən, “Tselye” meydanda sahibidir və komanda matçın Macarıstanda keçirilməsinin tərəfdarı olub.

UEFA avrokubok matçlarının təhlükəsiz şəraitdə keçirilməsi üçün epidemioloji protokol hazırlayıb. Qaydaya əsasən, səyahət məhdudiyyətinə görə, hansısa oyun neytral meydanda keçirilə bilər.

Qeyd edək ki, “Tselye” –  “Dandolk” matçı avqustun 19-da Macarıstandakı “Ferents Şuşa” stadionunda gerçəkləşəcək.