Çempionlar Liqasının qalibi müəyyənləşdibackend

Bu gün Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunu keçirilib.

Sportfan.az xəbər verir ki, həlledici matçda İngiltərənin Manchester City və Chelsea klubları üz-üzə gəlib. Portuqaliyanın Portu şəhərindəki Draqau stadionunda oynanılan görüşdə London klubu 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 42-ci dəqiqədə Kay Havertz vurub.

Beləliklə, Chelsea tarixində 2-ci dəfə (ilk dəfə 2011/2012 mövsümü) ÇL-in kubokunu qazanıb. Manchester City isə bu turnirdə ilk kubokunu əldə edə bilməyib.

Manchester City (İngiltərə) – Chelsea (İngiltərə) – 0:1

 

Kay Havertz, 42 (0:1)