Çempionluğu qeyd edən “Liverpul” fanatları həbs edildibackend

“Liverpul” – “Çelsi” qarşılaşmasından sonra “Enfild” stadionunun ətrafında insident yaşanıb.

Sportfan.az xəbər verir ki, qarşılaşmadan sonra “Liverpul”a çempionluq kuboku verilib.

Təxminən 3 minə yaxın fanat isə stadionun ətrafına toplaşıb.

Baxmayaraq ki, şəhər rəhbərliyi, klub rəsmiləri fanatlardan bir yerə toplaşmamağı xahiş etmişdilər. Nəticədə məsələyə polis qarışmalı olub. Kütləni dağıdarkən 9 “Liverpul” azarkeşi saxlanılıb.

Amma polis rəsmiləri bildiriblər ki, fanatların əksəriyyəti dağılışmaqla bağlı tələbi yerinə yetiriblər. “Liverpul” son 30 ildə ilk dəfə çempion olub.