Çempionluq kubokunu “Çelsi” ilə matçda alacaq- “Liverpul”backend

 

Futbol üzrə İngiltərə Premyer Liqasının qalibi olan “Liverpul” komandasının çempionluq kobokunu alacağı tarix bəlli olub.

Sportfan.az İngiltərə mətbuatına istinadən xəbər verir ki,  mükafatlandırma mərasimi XXXVII turda “Çelsi” ilə ev oyununda olacaq.

Qeyd edək ki, “Liverpul” – “Çelsi” matçı iyulun 22-də “Enfild” stadionunda keçiriləcək. Komanda 1989/1990 mövsümündən sonra ilk dəfə çempion olub.