Çempionşip klubuna keçidi alınmadı- Renat Dadaşovunbackend

Azərbaycan millisinin və İngiltərə “Vulverhempton”unun futbolçusu Renat Dadaşovun “Koventri” klubuna keçidi baş tutmayıb.

Sportfan.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı hücumçunu icarəyə götürmək istəyən Çempionşip təmsilçisi qarşı tərəflə razılığa gələ bilməyib.

Bununla belə, gənc forvardın başqa komandaya icarəyə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ əsas komandada debüt etməyib.