Qadın futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsinin növbəti oyunları keçirilib.
Sportfan.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı D qrupunda daha bir görüş baş tutub.
Birincilik uğrunda mübarizə aparan Polşa ilə Çexiya arasında keçirilən matçda qonaqlar üstün olub. Andrea Staskovanın 28-ci, Kamila Dubkovanın 70-ci dəqiqədə vurduğu qol sayəsində çexlər 2:0 hesablı qələbə qazanıblar. Bununla xal ehtiyatını 10-a çatdıran Çexiya lider İspaniyaya çatıb. Ancaq ispanlar rəqiblə müqayisədə bir oyun az keçirib.Qeyd edək ki, Azərbaycan millisi qrupda keçirdiyi ilk 4 matçının hamısında məğlub olub.