Chelsea-də mövsümün futbolçusu seçildibackend

Chelsea-nin 2020/21 mövsümündəki ən yaxşı futbolçusunun adı məlum olub.

sportfan.az xəbər verir ki, klubun saytında azarkeşlər arasında 9 ay ərzində keçirilən səsəvermənin yekun nəticəsinə əsasən, Meyson Maunt 1-ci olub.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 34 matçda 6 qol vurub və 6 qolun ötürməsini verib.