Chelsea Tuxellə yeni müqavilə imzaladıbackend

Chelsea baş məşqçi Tomas Tuxellə yeni müqavilə bağlayıb.

Sportfan.az xəbər verir ki, almaniyalı mütəxəssislə sözləşmə 2024-cü ilin yayınadək uzadılıb. Anlaşmanın maliyyə detalları açıqlanmır.

Qeyd edək ki, Tomas Tuxel Chelsea-nin sükanı arxasına yanvarda Frenk Lempardın əvəzinə keçib. O, 2020/2021 mövsümündə komandanı İngiltərə Premyer Liqasında “4-lüy”ə qaytarıb və Çempionlar Liqasının qalibi edib.