Çiluellin transferi üçün 72 milyon avro ödəyəcək-  “Çelsi”backend

“Çelsi” “Lester”in müdafiəçisi Benjamin Çiluellin transferini, nəhayət ki, reallaşdırıb.

Sportfan.az xəbər verir ki, “zadəganlar” bu keçid üçün qarşı tərəflə ortaq məxrəcə gələ bilib.

Razılığa əsasən, transfer “Lester”ə 72 milyon avro qazanc gətirəcək. 23 yaşlı sol cinah müdafiəçisi sabah London klubunda tibbi müayinədən keçəcək. Bunun ardından “zadəganlar”ın transferi bəyan etməsi gözlənilir.

Qeyd edək ki, “Çelsi” yay fasiləsində həmçinin Hakim Ziyeş (“Ayaks”) və Timo Verneri (“Leypsiq”) heyətinə qatıb. “Bayer”in yarımmüdafiəçisi Kay Haverts üçün isə danışıqlar davam edir.