Çində bütün futbolçuların testi neqativ çıxdıbackend

Çin Superliqasında çıxış edən futbolçulardan götürülən bütün koronavirus testlərinin nəticəsi neqativ çıxıb.

Sportfan.az xəbər verir ki, pandemiyaya görə dayandırılan çempionat şənbə günü başlayacağı üçün bütün klubların heyətinin vəziyyəti yoxlanılıb.

Superliqada çıxış edən 16 komandada 1870 nəfərdən koronavirus testi götürülüb və heç bir yoluxma faktı aşkarlanmayıb.

Çin Futbol Federasiyası  fevral ayının 22-də start götürməli olan çempionatın koronavirus pandemiyasına görə 25 iyulda başlayacağını bildirmişdi. Bundan əlavə, oyunların Suzhou və Dalian şəhərlərində oynanılacağı və futbolçulardan hər həftə koronavirus testi götürüləcəyi də qeyd edilib.