ÇL-də iki yarımfinalçı müəyyənləşdi – Yenilənibbackend

Bu gün Çempionlar Liqasında iki yarımfinalçı müəyyənləşib.

Sportfan.az xəbər verir ki, ilk oyunda səfərdə 2:0 hesablı qələbə qazanan “Çelsi” “Portu” ilə bu dəfə evdə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətə baxmayaraq, London klubu yarımfinala yüksəlib.

PSJ isə 1 həftə əvvəl 3:2 hesabı ilə məğlub etdiyi “Bavariya”nı doğma meydanda qəbul edib. 0:1 hesabı ilə uduzan Paris təmsilçisi iki görüşün nəticəsinə əsasən, növbəti mərhələyə adını yazdırıb.

Çempionlar Liqası, cavab oyunları

13 aprel

23:00. “Çelsi” (İngiltərə) – “Portu” (Portuqaliya) – 0:1
Qol: 
Taremi, 90+4
İlk oyun – 2:0

23:00. PSJ (Fransa) – “Bavariya” (Almaniya) – 0:1
Qol: 
Şupo-Motinq, 40
İlk oyun – 3:2

14 aprel (çərşənbə)

23:00. “Liverpul” (İngiltərə) – “Real” (İspaniya)

ilk oyun – 1:3

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Mançester Siti” (İngiltərə)

İlk oyun – 1:2