ÇL tarixində ikinci dəfə alman baş məşqçilər üz-üzə gələcəkbackend

UEFA Çempionlar Liqası tarixində finalda ikinci dəfə Alman məşqçilər üz-üzə gələcək.

Sportfan.az xəbər verir ki, “PSJ”nin baş məşqçisi Tomas Tuxel və “Bavariya”nın çalışdırıcısı Hans Flik alman əsilli olaraq UEFA Çempionlar Liqasının finalında  çempionluq uğrunda mübarizə aparacaqlar.

İlk dəfə bu, 2012/13 mövsümündə qeydə alınmışdı. Belə ki, Yurgen Klopp rəhbərliyi altında Dortmund “Borussiya”sı Yup Haynkesin çalışdırdığı “Bavariya”ya 2-1 hesabı ilə məğlub olmuşdu.