Co Hart “Tottenhem”dəbackend

İngiltərə millisinin sabiq qapıçısı Co Hart komandasını dəyişib.

Sportfan.az xəbər verir ki, 33 yaşlı qolkiper yeni mövsümdən “Tottenhem”in uğurları üçün çalışacaq.

“Bernli”dən yenicə ayrılan qolkiper bu gün London klubunda tibbi müayinədən keçib. Hazırda azad agent statusu daşıyan Hartın tezliklə “Tottenhem”ə keçidinin açıqlanması gözlənilir.

Qeyd edək ki, Co Hart 2018-ci ildən indiyə qədər “Bernli”nin formasını geyinib.