Dabo azarkeşlərə səsləndi- narahat olmayınbackend

Mövsümün sonunda “Neftçi”dən ayrılan Baqali Dabo Kipr “Apollon”u ilə müqavilə bağladıqdan sonra klubun rəsmi “Twitter” səhifəsinə qısa açıqlama verib.

Sportfan.az xəbər verir ki, komandanın azarkeşlərinə səslənən fransalı futbolçu onlara narahat olmamağı tövsiyə edib.

32 yaşlı forvard yaxşı mövsüm keçirəcəklərinə söz verib: “Çox danışmaq istəmirəm. Narahat olmayın. Əlimdən gələnin ən yaxşısını edəcəyəm. Ümid edirəm ki, çox yaxşı mövsüm keçirəcəyik”.

Qeyd edək ki, Azərbaycanda “Neftçi” ilə yanaşı, “Qəbələ”də də çıxış etmiş Dabo “Apollon”la 2 illik müqavilə bağlayıb. O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.