Daha 2 klub Messiylə danışıqlara başladıbackend

“Barselona”nın kapitanı Lionel Messinin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Sportfan.az xəbər verir ki, argentinalı superulduz daha iki klubdan təklif alıb.

“Mançester Siti”dən sonra indi də PSJ və “İnter” 33 yaşlı futbolçunun keçidi ilə bağlı danışıqlara başlayıb. Adıçəkilən komandalar Leonun menecerliyini edən atası ilə əlaqə saxlayıblar. PSJ hətta UEFA tərəfindən sanksiyaya üzləşməyəcək şəkildə bu keçidi həll etməyin yollarını axtarır.

Qeyd edək ki, başa çatan mövsümdəki uğursuz nəticələrdən sonra Lionel Messi “Barselona”nı tərk etmək fikrinə düşüb.