Daha 4 futbolçu koronavirusa yoluxdu- Fransa klubununbackend

Fransanın “Strasburq” klubunun 4 futbolçusu koronavirusa yoluxub.

SPORTFAN.AZ xəbər verir ki, bunu Liqa1 təmsilçisi açıqlayıb.

Yoluxan oyunçular əsas komandanın üzvləridir. Bu, “Strasburq”da ilk belə hal deyil.

Dörd gün öncə komandanın 5 futbolçusunun da testi müsbət nəticələnmişdi. Bu səbəbdən azarkeşlərlə görüş ləğv olunmuşdu.

Yoluxan futbolçular izolyasiya olunub və 14 günlük karantinə alınıb. Avqustun 8-də “Reyms”ə qarşı keçirilməli olan yoxlama görüşü də ləğv edilib.