Daha bir boksçumuz 1/4 finalda!backend

Azərbaycan boksçusu Alfonso Dominqes Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb. Sportfan.az  xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı Olimpiadaya vəsiqə uğrunda ilk döyüşünə çıxıb.

Avropa Oyunlarının qalibi Ukraynanı təmsil edən Stefan Hrekul ilə qarşılaşıb. 1/8 final çərçivəsində baş tutan görüş 5:0 (29:28, 30:27, 30:27, 30:25, 30:27) hesabı ilə Dominqesin xeyrinə bitib.

O, 1/4 finalda rusiyalı İmam Xatayevlə üz-üzə gələcək. Döyüş sabah keçiriləcək. Bu çəki dərəcəsində ən güclü 6 boksçu Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Qeyd edək ki, bu gün daha bir boksçumuz rinqə çıxacaq.