Daha bir futbolçu koronavirusa yoluxub- “Trabzonspor”backend

“Trabzonspor” klubunda daha bir futbolçu koronavirus infeksiyasına yoluxub.

Sportfan.az xəbər verir ki, bu barədə Qara dəniz təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, əsas komanda oyunçularından daha birinin koronavirus testi pozitiv nəticələnib. Adı açıqlanmayan həmin şəxs evində karantinə alınıb.Qeyd edək ki, “Trabzonspor”da dünən bir oyunçunun da koronavirusa yoluxduğu açıqlanıb.