Daha bir futbolçu virusa yoluxub – Belarusbackend

Belarusun “Qomel” klubunun futbolçusu Ruslan Yudenkovda koronavirus aşkarlanıb.

Spirtvan.az “Football.by” nəşrinə istinadən məlumatına görə, 25 yaşlı müdafiəçi I Liqada “Oşmyan-BQU” komandası ilə XI tur matçında iştirak etməyib. “Qomel”in daha bir neçə oyunçusunun da xəstələndiyinə dair şübhələr mövcuddur.

Daha əvvəl koronavirus səbəbindən Brest “Dinamo”sunun “Slutsk”la görüşü təxirə salınıb. “Qorodeya” və “Smoleviçi”də də yoluxmaların olduğu bildirilir.

Qeyd edək ki, Belarus çempionatı pandemiya dövründə Avropada dayandırılmayan yeganə çempionat olub.