Daha bir hakim koronavirusa yoluxub- Rusiyadabackend

Rusiyalı futbol hakimi Artyom Çistyakovda koronavirus aşkarlanıb.

Sportfan.az Rusiya mətbuatına istinadən xəbər verir ki, referidən götürülən testin nəticəsi müsbət çıxıb.

O, Premyer Liqanın XXVII turunun bu gün “Rostov” və “Ufa” komandaları arasında keçiriləcək matçında ehtiyat hakim funksiyasını yerinə yetirməli idi.

RFS məlum səbəbə görə Çistyakovu həmkarı Vladimir Seldyakovla əvəzləyib.

Qeyd edək ki, bu, Rusiyada futbol hakimləri arasında koronavirusa 2-ci yoluxma halıdır. Daha əvvəl Maksim Qavrilində virusun simptomları aşkarlanmışdı.