Daha bir Premyer Liqa təmsilçisinin hədəfində-Harri Uilsonbackend

İngiltərənin “Liverpul” klubunun futbolçusu Harri Uilsonu heyətində görmək istəyən daha bir komandanın adı bəlli olub.

Sportfan.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Sauthempton” da orta sahəsini gücləndirmək üçün futbolçunun xidmətində maraqlıdır.

Bunadək Uilsona “Lids” də müştəri düşüb. Bu klublardan biri onun transferi üçün 17,5 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Harri ötən mövsümü icarə əsasında “Bornmut”da keçirib.