Daha iki klubda koronavirus aşkarlandı- A Seriyasındabackend

İtaliyanın “Torino” klubunun iki futbolçusu koronavirusa yoluxub.

Sportfan.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Adları açıqlanmayan futbolçuların karantinə alındığı bildirilib.

A Seriyasının daha bir klubunda – “Sassuolo”da da koronavirusa yoluxma qeydə alınıb. Komandanın hücumçusu Jeremi Boqada virus aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu hazırda ev şəraitində karantinə alınıb.

Qeyd edək ki, daha əvvəl “Roma”, “Kalyari”, “Breşiya” və “Napoli” klublarında da koronavirusa yoluxanların olduğu bildirilmişdi