Daha üç ölkədə Qran-pri keçirilməyəcək- “Formula 1”backend

“Formula 1” şirkəti 2020 mövsümündə ABŞ, Meksika və Braziliyada Qran-pri keçirməkdən imtina edib.

Sportfan.az xəbər verir ki, yarışlar koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyətə görə gerçəkləşməyəcək.

Bundan əlavə, Kanada Qran-prisinin də keçirilməsi sual altındadır. Təqvimdə bu mərhələləri Avropadakı yarışlar əvəzləyəcək.

Qeyd edək ki, bu il 5 – 7 iyunda Bakıda keçirilməli olan Azərbaycan Qran-prisi ləğv edilib.