DÇ-2022-nin oyunları növbəti dəfə təxirə salındıbackend

DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələsinin oyunları növbəti dəfə təxirə salınıb.

Sportfan.az FİFA-nın saytına istinadən xəbər verir ki, oktyabr – noyabr aylarında keçirilməsi planlaşdırılan matçlar koronavirus səbəbindən 2021-ci ildə oynanılacaq.

Qərarın Asiya Futbol Konfederasiyası ilə birgə verildiyi, mərhələnin dəqiq tarixinin daha sonra açıqlanacağı vurğulanıv.

Qeyd edək ki, daha əvvəl 23 – 31 mart və 1 – 9 iyunda nəzərdə tutulan Asiya zonası üzrə seçmə mərhələnin oyunları təxirə salınıb.

Əlavə edək ki, DÇ-2022 21 noyabr – 18 dekabrda Qətərdə keçiriləcək.