De Byazinin daha bir köməkçisi müəyyənləşdibackend

Azərbaycan milli komandasının məşqçilər korpusunda yer alacaq daha bir mütəxəssis müəyyənləşib.

Sportfan.az xəbər verir ki, italiyalı baş məşqçi Canni De Byazinin üçüncü həmyerlisi Federiko Turritsiani olacaq.

O, matçların analizi üzrə məşqçi vəzifəsini tutacaq.

Qeyd edək ki, De Byazinin daha iki həmyerlisini yığmamıza gətirəcəyi bəlli idi. Bunlar Benni Karbone və Klaudio Beluççidir.