De Xea ilə bağlı qərarını verdi- “Mançester Yunayted”backend

“Mançester Yunayted”in qapıçısı David De Xeanın taleyinə aydınlıq gəlib.

Sportfan.az saytının məlumatına görə, 30 yaşlı qolkiper komandada qalacaq.

Bir neçə klubun maraq dairəsində olan İspaniya millisinin üzvü növbəti mövsümü də “qırmızı şeytanlar”ın heyətində keçirəcək. Baş məşqçi Ole Qunnar Sulşer onun komandanın əsas qapıçısı olmaqda davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, David De Xeanın “Mançester Yunayted”lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.