Fransa Liqa1-də IV turun mübarizəsi davam edir.
Sportfan.az xəbər verir ki, ikinci gündə daha 2 görüş olub.
Mövsümə uğurlu başlanğıc edən debütant “Lans” PSJ və “Loryan”dan sonra “Bordo”nu da məğlub edərək, ardıcıl üçüncü qələbəsini qazanıb.
İlk üç turda 7 xal toplayan “Renn”lə “Monako”nun duelində birincilər son dəqiqə qolu sayəsində əzmkar qalibiyyət əldə edib.
Dünən keçirilən “Lion” – “Nim” (0:0) matçı ilə startı verilən turun qalan görüşləri sentyabrın 20-də oynanılacaq.
Fransa Liqa1-i
IV tur
19 sentyabr
“Lans” – “Bordo” – 2:1
Qanaqo, 47, Kakuta, 59 (pen.) – Kalu, 90+5
“Renn” – “Monako” – 2:1
Nzonzi, 81, Truffer, 90+2 – Ben Yedder, 28