Deputat: “Milli komandanı təbrik edirəm, “tarix” yazdılarbackend

Milli Məclisin deputatı Şahin İsmayılov Azərbaycan yığma komandasının öz meydanında Lüksemburqa uduzmasına özünəməxsus şəkildə reaksiya verib.

Sportfan.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında milli komandamız haqda yazıb: “Futbol üzrə milli komandamızı “təbrik” edirəm. Onlar növbəti dəfə tarix yazdılar”.

Qeyd edək ki, Azərbaycan bu gün öz meydanında Lüksemburqa 1:2 hesabıyla məğlub olub.