Deyan Lovren  “Zenit” yolundabackend

“Liverpul”un futbolusu Deyan Lovren karyerasını Rusiyada davam etdirməyə yaxındır.

Sportfan.az “The Times”a istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçini  “Zenit” heyətinə cəlb edir.

Məlumatda klubların keçid üçün razılığa gəldiyi və Rusiya təmsilçisinin bu transfer üçün “qırmızılar”a 12 milyon avro ödəyəcəyi qeyd olunub.

Bildirilir ki, “Zenit” Lovrenə illik 2,5 milyon maaşla 2+1 illik sözləşmə təklif edib.

Qeyd edək ki, Deyan Lovren 2014-cü ildən “Liverpul”un formasını geyinir. O, bu mövsüm Premyer Liqada 10 matça çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.