Dieqo Qodinin yeni klubu müəyyənləşdi – Rəsmibackend

“İnter”lə müqaviləsini ləğv edən Dieqo Qodin İtaliyanın digər klubu “Kalyari”yə keçib.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriya təmsilçisi uruqvaylı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 34 yaşlı futbolçu 2019-cu ilin yayında “Atletiko”dan ayrılaraq “İnter”ə keçmişdi.