Dieqo Simeoneyə yeni təklif- İtaliyadanbackend

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İtaliyaya köçə bilər.

Sportfan.az xəbər verir ki, “İnter” argentinalı mütəxəssisin xidmətində maraqlıdır.

Antonio Kontenin komanda daxilində gərginlik yaratması rəhbərliyin narazılığına səbəb olub. Onu istefaya göndərməyi düşünən “neradzurra” komandanı Simeoneyə tapşırmaq istəyir. Həmçinin ciddi maliyyə böhranı ilə üzləşən Madrid klubu da illik maaşı 16 milyon avro olan çalışdırıcının gedişinə qarşı deyil.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır.