Dünya çempionu “Sevilya”ya keçirbackend

Almaniyanın “Borussiya” (Dortmund) klubundan ayrılan Mario Götze karyerasını İspaniyada davam etdirəcək.

Sportfan.az-ın məlumatına görə, 28 yaşlı yaşlı yarımmüdafiəçi “Sevilya” ilə müqavilə üçün danışıqlara başlayıb.

Almaniyalı oyunçu azad agent olduğu üçün danışıqların müsbət yöndə başa çatacağı gözlənilir.

Qeyd edək ki, Mario Götze 2009 – 2013 və 2016-cı ildən bu vaxta qədər “Borussiya”nın formasını geyinib. O, 2014-cü ildə Almaniya millisi ilə dünya çümpionatının qalibi olub.